Tehran polisi bundan sonra hicab qaydasını pozan qadınları saxlamayacaq

Tehran polisi bundan sonra hicab qaydasını pozan qadınları saxlamayacağını bildirdi.

877962
Tehran polisi bundan sonra hicab qaydasını pozan qadınları saxlamayacaq

Tehran polisi bundan sonra hicab qaydasını pozan qadınları saxlamayacağını bildirdi.

Tehran polisi bildirib ki, ölkədə 1979-cu ildən bəri qüvvədə olan islami geyim qaydalarına əməl etməyən qadınlar bundan sonra həbs edilməyəcəklər.

İslahatyönlü “Şərq” qəzeti dekabrın 28-də Tehran polisinin rəisi, general Hossein Rahimiyə istinadən yazıb ki, “islami geyim qaydalarına əməl etməyən qadınlar bundan sonra saxlama mərkəzlərinə aparılmayacaqlar və onlara qarşı heç bir hüquqi tədbir görülməyəcək”.

Rahimi qadınların həbs edilməyin əvəzinə polis rəsmilərinin dərs keçdiyi xüsusi siniflərə göndəriləcəklərini deyib. Paytaxtdan kənar bütün qalan yerlərdə geyim qaydası əvvəlki kimi qüvvədə olacaq.

Rahimi deyib ki, təkcə Tehran vilayətində geyim qaydaları barədə maarifləndirmə işi aparan 100-dək mərkəz var.

Mövcud geyim qaydalarına görə İran qadınları saçlarını örtməli və uzun və gen donlar geyinməlidirlər.

Bu da məlumdur ki, İranda gənc və daha liberal düşüncəli qadınların bu barədə etirazları olurdu.



Әlaqәli Xәbәrlәr