İraq Macronun açıqlamasına reaksiya göstərdi

İraq prezidentinin müavini Nuri əl-Maliki Fransa prezidenti Emmanuel Macronun “Haşdi Şabinin ləğv edilməsi vacibdir” barədəki açıqlamasına reaksiya göstərib.

860872

Malikinin ofisindən yayılan bəyanatda bildirilib ki, Fransanın konstitusiyasında özgələrinin işlərinə müdaxilə etməmək yazır. Prezident Macron qəbul etməyəcəyimiz şəkildə İraqın daxili işlərinə müdaxilə edərək qanuni və rəsmi qurum olan Haşdi Şabinin ləğv edilməsinin vacib olduğu tərzində açıqlama yayaraq bizi təəccübləndirdi.

Bunun İraqın suverenliyinə qarşı bir hörmətsizlik olduğunu irəli sürən Maliki bildirib ki, heç bir dövlətin İraq hökuməti və qəhrəman xalqına öz iradəsini yeritməsini istəmirik.

İraq Məclisinin sədr müavini  Humam Hammudi də Macrona reaksiya göstərərək deyib ki, iraqlılar beynəlxalq ictimaiyyətdən xüsusilə də Fransadan dünyadaki heç bir fərd üçün öz canlarından keçən bu milislərdən (Haşdi Şabi milisləri) təriflə bəhs etməsini gözləyirdi. Haşdi Şabi olmasaydı DEAŞ Fransanın mərkəzinə gedib çıxacaq idi.

Etiketlәr: #Haşdi Şabi , #DEAŞ

Әlaqәli Xәbәrlәr