Fələstinlilər "Balfour Bəyannaməsi"nə etiraz etdilər

Qəzzalılar Fələstin ərazisində İsrail dövlətinin yaradılmasına zəmin hazırlayan "Balfour Bəyannaməsi"nin 100-cu ilində etiraz mitinqi keçirdilər.

840514
Fələstinlilər  "Balfour Bəyannaməsi"nə etiraz etdilər

Qəzzalılar Fələstin ərazisində İsrail dövlətinin yaradılmasına zəmin hazırlayan "Balfour Bəyannaməsi"nin 100-cu ilində etiraz mitinqi keçirdilər.
 
 Həmas hərəkatının çağırışı ilə Qəzza Zolağının şimalında toplaşan onlarla insan "Balfour Bəyannaməsi"nə adını verən o dövrün İngiltərə xarici işlər naziri Alfred Balfour ilə indiki İngiltərə baş naziri Theresa Mayin şəkillərini yandırdılar.
 
Həmas rəsmisi Məhəmməd Əbu Əsgər mitinqdə çıxış edərək:"Torpaqlarımızı oğurlayan, xalqımızın öldürülməsinə, və ya zorla yurdundan qovulmasına səbəb olan "Balfour Bəyannaməsi"ni qınamaq üçün buradayıq. Üstündən 100 il keçdi. Lakin Fələstin xalqı hüquqlarını müdafiə etməkdən vaz keçmədi" dedi.
 
 Əbu Əsgər fələstinli qrupların vətən azad olana və xalqa haqları qeri verilənə qədər silahı yerə qoymayacaqlarını bildirdi, milli barışığın, azadlıq yolundakı səylərin birləşməsini və güclənməsini təmin edəcəklərini vurğuladı.
 
Qeyd edək ki, İngiltərə baş naziri Theresa May oktyabrın 25-də verdiyi açıqlamada: "İsrail dövlətinin yaradılmasında oynadığımız rola görə fəxr edirik və  bəyannamənin 100-ci ildönümünü qürurla qeyd edəcəyik" deyib.
 
 Birləşmiş Krallıq 2 noyabr 1917-ci ildə qəbul olunmuş "Balfour Bəyannaməsi" ilə Fələstin torpaqlarında  İsrail "vətəni" yaradılmasını nəzərdə tutan layihəyə  dəstək verən ilk böyük dövlətdir.



Әlaqәli Xәbәrlәr