İraqın Baş naziri Kərkükə gedəcək

İraqın Baş naziri Heydər İbadi ölkə ordusunun artıq Kərkükdə nəzarəti bərpa etdiklərini və yaxınlarda bölgəyə səfər edəcəyini bildirib.

828254
İraqın Baş naziri Kərkükə gedəcək

  İraq ordusu Kərkükdə nəzarəti təmin edib.

  İraqın Baş naziri Heydər İbadi ölkə ordusunun artıq Kərkükdə nəzarəti bərpa etdiklərini və yaxınlarda bölgəyə səfər edəcəyini bildirib.

  İraq hökuməti və İraq Kürd Regional İdarəşiliyi arasında artan gərginlikdən sonra İraq ordusu bir gün əvvəl gecə Kərkükdə hərbi baza və neft sahələrini geri almaq üçün hərbi əməliyyata başladı. Bir gün içində Kərkük aeroportu, Şimal Neft Şirkəti, Keyvan hərbi bazası, Kərkük Elektrik Stansiyası və qaz yataqlarınıda nəzarəti bərpa etdi.

  Kərkük İraq ordusu və Haşdi Dabağı milisləri tərəfindən geri alındıqdan sonra Kərkük Qalasına türkmən bayrağı qaldırılıb.

  Kürdlərin Peşmerge qüvvələri mövqeləri tərk etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr