Havicedə həyat yaşanacaq vəziyyətdən çıxdı

Haviceden uşaqları ilə qaçan Behiye Həməd adlı biri deyib: "Havicedən bura qədər 12 saat piyada yol gəldik. Təhlükəli ölüm yolundan keçdik. Yolda minada qonşumuz olan ailə üzvlərinin hamısı həyatını itirdi. Havicedə həyat yaşanası halda deyil.”

817655
Havicedə həyat yaşanacaq vəziyyətdən çıxdı

  İraqın Havice rayonunun terror təşkilatı DAEŞ-dən xilasetmə əməliyyatının ikinci mərhələsi başlanan kimi sentyabrın 30-da 3500 nəfər Kərkükdəki təhlükəsiz bölgələrə sığınıb.

  Kərkükün Havice rayonunun DAEŞ-dən təmizlənməsi məqsədilə İraq ordusu və Peşmerge qüvvələri koordinasiyalı şəkildə əməliyyatın ikinci mərhələsinə daxil olub, vətəndaşlar təhlükəsiz bölgələrə üz tutub.

  Kərkük Miqrasiya və Miqrantlar İdarəsinin müdiri Ammar Sabah deyib: "Əməliyyatın 2-ci mərhələsinə başlandığı son 24 saat ərzində 3500 yerli vətəndaş Kərkükün təhlükəsiz bölgələrinə sığınıb. Onlar Peşmergenin nəzarətindəki Dakuk və Dibis rayonu Molla Abdulla bölgələrindədir."

  Dibis rayon Asayiş İdarəsinin müdiri Əli Məhəmməd regiondan qaçanların sayının artmasından narahatlıq duyulduğunu söyləyib: “Bölgədə böyük bir köç yaşanır. Köçənlərin bir qismi DAEŞ üzvlərinin ailələri, onların qadın və uşaqlarıdır. Ailələrini işin içinə qədər gətirib-çıxaran DAEŞ-çilərin aqibəti budur."

  Haviceden uşaqları ilə qaçan Behiye Həməd adlı biri deyib: "Havicedən bura qədər 12 saat piyada yol gəldik. Təhlükəli ölüm yolundan keçdik. Yolda minada qonşumuz olan ailə üzvlərinin hamısı həyatını itirdi. Havicedə həyat yaşanası halda deyil.”



Әlaqәli Xәbәrlәr