İranlı nazir müavini, Rusiyadakı görüşlərindən sonra Ankaraya gəlib

İran xarici işlər nazirinin müavini və Astana prosesinin müzakirəçisi Hüseyn Cabiri Ənsari, Türkiyədə səfərdədir.

783089
İranlı nazir müavini, Rusiyadakı görüşlərindən sonra Ankaraya gəlib

Hüseyn Ənsarinin, Ankaraya səfəri çərçivəsində baş tutacaq görüşlərdə bölgədə cərəyan edən prosaeslər və Suriya mövzulu beynəlxalq Astana Sülh danışıqları mövzusu müzakirə edilǝcǝk.

Ənsari, Türkiyəyə səfəri əvvəlində Rusiyada olub. O, iki gün əvvəl Moskvada, bəzi Rus səlahiyyətlilərlə bir araya gəlib. Danışıqlarda Suriya başda olmaqla bölgədə cərəyan edən hadisələr müzakirə edilib.

Qeyd edək ki, Astana prosesi, Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Dövlət Başçısı Vladimir Putin arasında Dekabr ayında baş tutan telefon danışığı zamanı Suriyalı tərəflərin iştirakı ilə Qazaxıstanın paytaxtı Astanada yığıncaq təşkil edilməsi mövzusunda mütabiq qalınmasına  görǝ başlamışdı.



Әlaqәli Xәbәrlәr