Zap və Metinada terror hədəfləri vuruldu

İlkin məlumatlara görə terror aktı törətmək üçün hazırlayan 3 terrorçu zərərsizləşdirilib.

780340
Zap və Metinada terror hədəfləri vuruldu

İraqın şimalında yerləşən Zap və Metina bölgələrində həyata keçirilən hava əməliyyatında 3 silah mövqeyi ilə 2 mağara məhv edilib. İlkin məlumatlara görə terror aktı törətmək üçün hazırlayan 3 terrorçu zərərsizləşdirilib

Türkiyə Baş Qərargah Rəisliyinin açıqlamasına əsasən ötən gün axşam radələrində Zap və Metina bölgələrindən əldə edilən kəşfiyyat çərçivəsində Türkiyə Hava Qüvvələrinə məxsus qırıcılarla bölgədə hava əməliyyatı keçirilib.

Terror təşkilatı PKK-ya məxsus olduğu müəyyən edilən sığınacaq yerlərinin atəşə tutulduğu əməliyyatda 3 silah mövqeyi məhv edilib, ilkin məlumatlara görə terror aktı həyata keçirmək üçün hazırlaşan üç terrorçu zərərsizləşdirilib.

Vəzifələrini uğurla başa çatdıran qırıcılarımız bazalarına qayıdıb.



Әlaqәli Xәbәrlәr