‘‘Kıbrıs probleminin hәll olunmamasının sәbәbi birgә uğursuzlıqdur’’

Bu sözlәri BMT baş Katibinin Kıbrıs üzrә xüsusi elçisi  Espen Bart Eide  deyib.

773238
‘‘Kıbrıs probleminin hәll olunmamasının sәbәbi birgә uğursuzlıqdur’’

BMT baş Katibinin Kıbrıs üzrә xüsusi elçisi  Espen Bart Eide Kıbrıs  probleminin həll olmamasının  sәbәbinin birgə uğursuzluq olduğunu vurğulayıb.

Eide  BMT Təhlükəsizlik Şurasında üzv ölkələrə İsveçrənin Krans-Montana şəhərində ayın əvvəlində keçirilən Kıbrıs konfransı haqqında məlumat verib.

İclasdan sonra mәtbuat konfransı keçirәn Eide  şuranın Kıbrıs  probleminә həll yolu tapmaq üçün tərəfləri dəstəkləmәyә davam edәcәyini qeyd edib. O, Kıbrıs  probleminin həll olmamasının  sәbәbinin birgə uğursuzluq olduğunu bildirib.

‘‘Liderlәr  problemin həlli məsələsindəki səyləri davam etdirmәyә  qərar versәlәr  BMT hər zaman hazırdır  amma adada və ətrafındakı proseslərə nəzər saldıqda hələlik belə bir addım  görmürük’’,- deyә Espen Bart Eide qeyd edib.



Әlaqәli Xәbәrlәr