Pakistanda daşqınlarda ölənlərin sayı artır

Pakistanda davam edən güçlü yağışlar ölkədə daşqınlara səbəb olub. 43 nəfər həyatını itirib.

764721
Pakistanda daşqınlarda ölənlərin sayı artır

Pakistan fövqəladə hallar idarəsinin rəhbərliyinin məlumatına görə musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində Pencabda 11, Belucistanda 15, Sinddə 6 və Hayberpaktunhuvada isə 2 nifər həyatını itirib.

Tayfalar Bölgəsi (fata) və Azad Kəşmirdə də 9 adamın öldüyü ifadə edilən məlumatda bəzi bölgələrdə çoxlu evin yıxıldığı və xeyli evə zərər dəydiyi bildirilib.

Pakistan, tarixinin ən böyük sel fəlakətini 2010-ci ildə Hind çayının daşması nəticəsində yaşamışdı. Fəlakət nəticəsində təxminən 20 milyon nəfər daşqınlardan zərər çəkmiş və 2 min adam da həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr