Mosulda 23 terrorçu öldürüldü

İraq ordusu  terror təşkilatı DEAŞ-ın  nәzarәtindә olan Mosulun qәrbindә yerlәşәn bәzi  bölgәlәri nәzarәtinә keçirib.

762573
Mosulda  23 terrorçu öldürüldü

İraq ordusu  terror təşkilatı DEAŞ-ın  nәzarәtindә olan Mosulun qәrbindә yerlәşәn bәzi  bölgәlәri nәzarәtinә keçirib.

Bu barәdә iraq ordusunun rәsmisi leytenant Faiq Darqam әs-Samirai mәlumat verib. O, terrorla mübarizә aparan qüvvәlәrin dә Şearin bazarı,  Nәbi Cersis vә Abdu Hub bölgәlәrini terrorçulardan tәmizlәdiklәrini deyib.

Bu arada İraq Daxili İşlər Nazirliyi yanında operativ müdaxilə qüvvələrinin rәsmisi  Talal el-Cuburi terror tәşkilatı DEAŞ-ın qədim şəhərdəki  son qalasını da geri almağa çalışdıqlarını qeyd edib.

Talal el-Cuburi  döyüşlər zamanı 7 əsgərin öldüyü, 23 terrorçunun isə məhv edildiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr