Qətər Xarici işlər nazirindən önəmli açıqlama

Qətər xarici işlər naziri Əbdürrəhman Bin Məhəmməd Al Sani, ölkəsinin "haqsız sanksiyalara” məruz qaldığını bildirib.

758287
Qətər Xarici işlər nazirindən önəmli açıqlama

Xarici işlər naziri Al Sani France 24 telekanalının ərəb dilində veriliş aparan kanalına müsahibə verib. O, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin Dohaya tətbiq etdiyi diplomatik və hərbi embarqo mövzularına toxunub.

Qətərə qarşı atılan ortaq addımlar, kompüter piratlarının, rəsmi xəbər agentliklərində nəşr etdiyi gerçək olmayan açıqlamalar çərçivəsində atıldığını ifadə edən Al Sani: “Ölkəmə istiqamətli bu toplu cəzalandırma cəhdini ortadan qaldıracaq tələblərə toxunmadan əvvvəl bu vəziyyətin yaranmasına gətirib çıxaran səbəbləri bilməliyik. Biz ittihamların heç bir dəlilə əsaslanmadığına inanırıq. İrəli sürülən iddialar doğru deyildir”.

Al Sani, prezident Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz arasında Qətərə istiqamətli embarqonun yüngülləşdirilməsi mövzusunda baş tutan telefon danışığı ilə əlaqəli: “Türkiyə ilk gündən bəri böhrana daxil olan aktiyorlarla danışıqlar edərək, embarqoya son qoyulması, təzyiqin azalası, yenidən dialoqun yaranması uğrunda səy edir. Bunu təqdirlə qarşılayırıq” deyə vurğulayıb.

Ölkəsinin yaşadığı vəziyyəti “mühasirə” olaraq xarakterizə edən Qətər xarici işlər naziri Sani, ölkəsinə uzanan yeganə şosənin və hava sahəsinin də üç istiqamətdən bağlandığını, yeganə açıq qalan istiqamətin isə İran olduğunu bildirib. Beynəlxalq hava sahəsinin bağlanması, Qatar gəmilərinin beynəlxalq sularda narahat edilməsi mühasirədən başqa heç nə deyildir. Lakin Qətər və xalqı ən yaxşı şərtlərə, bütün qaynaqlara və imkanlara malikdir. Gündəlik qida məhsullarını təmin etməkdə heç bir problemimiz yoxdur. Məruz qaldığımız bu haqsızlıq qarşısında mübarizəmiz davam edir deyib.



Әlaqәli Xәbәrlәr