XİN Çavuşoğlunun Körfǝz ölkǝrinǝ sǝfǝri davam edir

Xarici işlǝr naziri Qətər böhranına hǝll yolu tapmaq mǝqsǝdiylǝ Körfǝz ölkǝlǝrini ǝhatǝ edǝn sǝfǝrǝ çıxıb. Çavuşoğlu, baş çǝkdiyi ilk ölkǝ olan Qǝtǝrdǝki təmaslarını yekunlaşdırdıqdan sonra Küveytǝ keçib.

753383
XİN Çavuşoğlunun Körfǝz ölkǝrinǝ sǝfǝri davam edir

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, bu gün (15 İyun) getdiyi Küveyt hava limanında bu ölkǝnin Xarici işlər nazirinin Avropa işləri üzrə müavini Walid al Kobaizi tərəfindən qarşılandı. Rəsmi  danışıqlar əvvəlindǝ Küveytdəki mətbuat orqanlarının nümayəndələrini qǝbul edǝn Mevlüt Çavuşoğlu, daha sonra Küveyt Baş nazir müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb.

Çavuşoğlu, Körfǝzdǝki Ərəb ölkələrinin Qǝtǝrǝ tətbiq etdiklǝri embarqoya son qoyulması mǝqsǝdiylǝ başlatdığı Yaxın Şərq danışıqları çərçivəsində, sabah da, Səudiyyə Ərəbistanına keçərǝk Kral Səlman ilə görüşəcək.



Әlaqәli Xәbәrlәr