Mosulda 200 min dinc vətəndaş evinə qayıtdı

İraqda Köç və Mühacirlər Nazirliyinin sözçüsü Novruz Səttar bu rəqəmin şəhərin şərq bölgəsindəki əhalinin 95 faizini təşkil etdiyini bildirib.

753535
Mosulda 200 min dinc vətəndaş evinə qayıtdı

İraqda Köç və Mühacirlər Nazirliyinin sözçüsü Novruz Səttar bu rəqəmin şəhərin şərq bölgəsindəki əhalinin 95 faizini təşkil etdiyini bildirib.

Səttar şəhərin qərb bölgəsində terror təşkilatı DEAŞ-dan qaytarılan bölgələrdə isə insanların hələ ev-eşiklərinə qayıtmağa başlamadıqlarını söyləyib.

Mosulun qərb bölgəsindəki Şifa məhəlləsi ilə tarixi şəhər bölgələrində də küçələrdə qarşıdurmalar ciddi səviyyədə davam edir.

İraqın Köç və Mühacirlər naziri Casıl əl Caf dünən yaydığı açıqlamada Mosulu terror təşkilatı DEAŞ-dan xilas etmə əməliyyatının start aldığı oktyabrın 17-dən bəridir ev-eşiklərindən olan dinc vətəndaşların sayının 690 minə çatdığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr