Moskvada 'Türkiyə axşamı'

Moskvadakı Müsəlmanlar Dini İdarəsi tərəfindən qurulan çadırda 500-1200 arası adama xidmət göstərilir. Çadırda hər axşam müxtəlif ölkələrin və bölgələrin iftar proqramları təşkil edilir.

747078
Moskvada 'Türkiyə axşamı'

Rusiyanın paytaxtı Moskvada qurulan Ramazan çadırında "Türkiyə axşamı" adlı iftar proqramı təşkil edilib.

  Pobeda Parkında qurulan Ramazan çadırında təşkil edilən iftarda Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz, Rusiya Müftilər Şurasının sədr müavini Ruşan Abbasov və hər iki ölkənin vətəndaşları olub.

  Moskvadakı Müftilik və Türkiyə səfirliyinin hazırladığı proqram Qurani-Kərim avazı ilə başlayıb.

  Səfir Diriöz burada etdiyi çıxışında söyləyib: "Mübarək Ramazan ayı münasibətiylə bizi bir dam altına toplayan bu cür tədbirlər Türkiyə və Rusiya müsəlmanları inanc və könül bağlarının daha da güclənməsinə yardım edəcək."

  Qeyd edək ki, Moskvadakı Müsəlmanlar Dini İdarəsi tərəfindən qurulan çadırda 500-1200 arası adama xidmət göstərilir. Çadırda hər axşam müxtəlif ölkələrin və bölgələrin iftar proqramları təşkil edilir.



Әlaqәli Xәbәrlәr