Husilərin Səudiyyə Ərəbistanı ərazisinə atdığı ballistik raket məhv edildi

Yəməndəki Husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın yaxınlığında yerləşən Ər-Rayn şəhərinə atdığı ballistik raket məhv edildi.

736041
Husilərin Səudiyyə Ərəbistanı ərazisinə atdığı ballistik raket məhv edildi

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın Yəməndəki qanuni hakimiyyəti dəstəkləyən beynəlxalq koalisiya tərəfindən verilən yazılı açıqlamaya əsaslanaraq yaydığı xəbərdə Husilərin dünən axşam Ər-Riyad yaxınlığındakı Ər-Rayn şəhərinin şimalına atdığı ballistik raketin Səudiyyə Ərəbistanı Hava Müdafiə Qüvvələri tərəfindən məhv edildiyi bildirilir.
 
 Xəbərdə raketin yaşayışın olmadığı bölgəyə atıldığı və itkinin olmadığı da qeyd olunur.
 
Qeyd edək ki, Husilər dünən axşam Ər-Riyada "Burkan-2" (Volkan 2) ballistik raketini atdıqlarını bildiriblər. Sonra koalisiya qüvvələri Yəmənin paytaxtı Sanadakı Atan Dağında yerləşən düşərgələrə 4 hava hücumu təşkil edib.



Әlaqәli Xәbәrlәr