Həsən Ruhani: "Türk demək, cəsarət deməkdir"

İran prezidenti Həsən Ruhani Türk insanına və dilinə təriflər yağdırdı.

733289
Həsən Ruhani: "Türk demək, cəsarət deməkdir"

İran prezidenti Həsən Ruhani cümə günü keçiriləcək prezident seçkiləri çərçivəsində Şərqi Azərbaycanın mərkəzi Təbrizdə xalqa müraciət etdi.

Çıxışında Türk insanına və dilinə təriflər yağdıran iranlı lider:"Türk demək, cəsarət deməkdir. Türk dili yalnız dil deyil, bir ruh və düşüncə tərzidir" ifadələrini işlətdi.

Həsən Ruhani Urmiyə gölünün quruması ilə əlaqədar olaraq  əvvəlki seçki kampaniyasında verdiyi vədləri xatırladaraq:" Əgər bəzi qərarlar qəbul edərək tətbiq etməsəydik, bu gün Urmiyə gölü tamamilə quruyardı. Şərqi Azərbaycan və Qərbi Azərbaycan şəhərləri duz fırtınaları ilə üz-üzə qalardı" dedi.

Ruhani Ürmiyə gölünün  qurumasının qarşısının alınmasının ölkəsinə sərmayə qoymaq istəyən iş adamları üçün embarqoların ləğv edilməsi qədər əhəmiyyətli olduğunu vurğulayaraq:"Biz dünya ilə aramıza sədd çəkmək istəmirik. Bu mənada dünya ilə aramızda körpü olan Təbriz-Bazergan (Türkiyə sərhəd qapısı) avtomobil yolunu yaxın vaxtlarda açacağıq" deyə danışdı.

İran prezidenti Təbrizin 2018-ci ildə İslam Dünyasının Mədəniyyət Paytaxtı olmasının və Azərbaycanın Dünya Turizm Mərkəzi olmasının vacibliyinə diqqət çəkərək, hamını cümə günü keçiriləcək seçkilərdə iştirak etməyə və səs verməyə çağırdı.

 



Әlaqәli Xәbәrlәr