PKK terror təşkilatına mənsub 70-ə yaxın terrorçu məhv edildi

İraqın şimalında yerləşən Sincar və Suriyanın şimalında yerləşən Karakoç dağına istiqamətli həyata keçirilən hava əməliyyatında PKK terror təşkilatına mənsub 70-ə yaxın terrorçu məhv edilib.

720447

Həyata teçirilən hava əməliyyatından sonra Sincar dağı bölgəsində 40, Qarakoç dağında isə 30-a yaxın terrorçu zərərsizləşdirilib.

Əməliyyat zamanı terrorçulara məxsus sığınacaq yerləri, silah-sursat anbarları dağıdılıb.

Kəşfiyyat mənbələri böyük itki verən PKK mənsubu terrorçuların ruhdan düşdükləri barədə məlumat əldə edildiyini bildiriblər.

Digər tərəfdən Şırnak vilayəti ərazilərində davam edən əməliyyatda mağaralardan birində aşkarlanan və hücum üçün hazırlaşan terrorçulara qarşı hava əməliyyatı keçirilib. Əməliyyat nəticəsində mağara vurulub və terrorçular zərərsizləşdirilib.

İraqın şimalındakı Metina bölgəsinə aprelin 22-də təşkil edilən hava hücumunda isə zərərsizləşdirilən terrorçulardan birinin Daxili İşlər Nazirliyinin axtarışda olan terorrçular siyahısında “Boz” kateqoriyada olduğu bildirilib.

Әlaqәli Xәbәrlәr