Mosulda evlərinə qayıdan qaçqınlar

İraqın Köç və Mühacir Nazirliyi Mosulun şərqində terror təşkilatı DEAŞ-dan xilas edilən bölgələrdə evlərinə qayıdan qaçqınların sayının 122 mini keçdiyini açıqlayıb.

719337
Mosulda evlərinə qayıdan qaçqınlar

İraqın Köç və Mühacir Nazirliyi Mosulun şərqində terror təşkilatı DEAŞ-dan xilas edilən bölgələrdə evlərinə qayıdan qaçqınların sayının 122 mini keçdiyini açıqlayıb.

Nazir Casim Məhəmməd Əl-Caf verdiyi bəyanatda bildirib ki, Mosuldakı toqquşmalara görə xeyli sayda insan evlərini tərk edərək düşərgələrə sığınmaq məcburiyyətində qaldı. Mosulun cənub və şərqindəki düşərgələrdən şəhərin DEAŞ-dan xilas edilən bölgələrindəki evlərinə  qayıdanların sayı 122 mini ötüb.

Nazirlikdə işləyən komandir Asım əs-Sədməd də verdiyi bəyanatda Nazirliyin qaçqınların evlərinə qayıtmaları üçün Nəqliyyat Nazirliyi ilə koordinasiya içində fəaliyyətləri davam etdirdiyi və insanların nəqliyyatı üçün avtobusların göndərildiyini, ayrıca ailələrə dəstək üçün 1300 dollar verildiyini bildirib.

İraq təhlükəsizlik qüvvələri bu ayın əvvəlində Mosulun qərbindəki Əski Kəntdə DEAŞ ilə mübarizə çərçivəsində geniş miqyaslı əməliyyat başladılmadan əvvəl bölgədəki dinc vətəndaşların təxliyəsi üçün təhlükəsiz koridor açıldığını bəyan etmişdi.

Mosulun şərqini yanvar ayının axırında tamamilə ələ keçirən İraq qüvvələri fəvralın 19-dan bəridir qərb bölgəsində DEAŞ-a qarşı əməliyyatları davam etdirir.



Әlaqәli Xәbәrlәr