Sel Güney Azərbaycana fəlakət gətirdi

İranın Azərbaycan torpaqlarında 14 aprel axşamından başlayaraq yağan güclü leysanlar sel basqınlarına səbəb olub.

713254
Sel Güney Azərbaycana fəlakət gətirdi

  Oğuz TV-nin məlumatına görə, İranın Azərbaycan torpaqlarında 14 aprel axşamından başlayaraq yağan güclü leysanlar sel basqınlarına səbəb olub.

  Güney Azərbaycanın müxtəlif bölgələrində meydana gələn sel nəticəsində ölən və yaralananlar var.

  Tufarqan (Azərşəhr) şəhərindən verilən məlumata görə, bölgədə baş verən sel Xələzər körpüsünü basıb və nəticədə körpüdə hərəkət edən bir maşını sel aparıb.

  Əcəbşəhrdən gələn məlumata görə isə, bölgədə Quruçayda sel nəticəsində 3 adam həyatını itirib, Çinar kəndində 12, Xaniyar kəndində isə 5 nəfəri sel aparıb. Çinar kəndində azyaşlı bir uşaq da sel nəticəsində ağır yaralanıb, kəndlilər uşağı ölümdən xilas edərək xəstəxanaya çatdırıblar.

  Sel basqınından ziyan çəkən bölgələr arasında Urmiya da var.  Urmiyanın Baranduz çayının daşması nəticəsində Haşimabad körpüsü uçub və 50 kəndin yolları bağlanıb, başqa kəndlərlə əlaqə kəsilib.

  Sulduz da Güney Azərbaycanın ziyan çəkən bölgələri arasındadır. Sel Sulduzun Nəziroxsar,Tazəqələ və Əcəmlu kəndlərini basıb.

  Kəndlilər yardım və köməyə ehtiyac vəziyyətdədir.
  Təəssüf ki, İran hökumət nümayəndələri Güney Azərbaycandakı sel fəlakəti ilə yaxından maraqlanmayıb və rəsmi məlumat yaymayıb.



Әlaqәli Xәbәrlәr