Mosulun qərbindəki əməliyyatlarda mindən çox ev dağılıb

BMT İraq təhlükəsizlik qüvvələrinin Mosulun qərbindəki əməliyyatlarında mindən çox evin dağıldığını bildirib.

712342
Mosulun qərbindəki əməliyyatlarda mindən çox ev dağılıb

BMT İraq təhlükəsizlik qüvvələrinin Mosulun qərbindəki əməliyyatlarında mindən çox evin dağıldığını bildirib.

BMT baş katibi  sözçülüyünün yaydığı məlumatda İraq təhlükəsizlik qüvvələrinin Mosulun qərbinin terror təşkilatı DEAŞ-dan xilas etmə əməliyyatlarındakı təxribatın şəhərin şərqindəki əməliyyatlar nəticəsində meydana gələn təxribatdan çox daha böyük olduğu bildirildi.

BMT-nin İraqdakı Humanitar İşlər üzrə koordinatoru Lise Grande Mosulun qərbindəki əməliyyatlarda mindən çox evin dağıldığını ifadə edib.

Mosulun qərbində 300 minə yaxın insanın ev-eşiyindən edildiyini bildirən Grande daha minlərlə insanın şəhərdən qaçmaq məcburiyyətində qala biləcəyi xəbərdarlığını etmişdir.

Evlərin, məktəblərin, səhiyyə mərkəzlərinin, elektrik və su şəbəkələrinin məhv edildiyinə diqqət çəkən Grande tərəflərə beynəlxalq humanitar hüquq çərçivəsində vətəndaşların zəruri olan ehtiyacların ödənilməsindəki öhdəliklərini xatırladıb.



Әlaqәli Xәbәrlәr