120 miqrantı daşıyan qayıqdakı 23 nəfər xilas edildi

Aralıq dənizində Avropaya keçməyə cəhd göstərən miqrantları daşıyan rezin qayığın Liviya sahillərində batması nəticəsində 97 nəfər  ölüb.

712356
120 miqrantı daşıyan qayıqdakı 23 nəfər xilas edildi

Aralıq dənizində Avropaya keçməyə cəhd göstərən miqrantları daşıyan rezin qayığın Liviya sahillərində batması nəticəsində 97 nəfər  ölüb.

Liviya Sahil Mühafizə dəstəsi Tripoli şəhərinin 10 kilometr sahilində  miqrantların olduğu bir qayığın batdığını görüb.

Miqrantların arasında qadın və uşaqlar da olub. Afrika mənşəli 120 miqrantı daşıyan qayıqdakı 23 nəfər xilas edilib.

Liviya Sahil Mühafizəsi nümayəndəsinin sözlərinə görə, xilasetmə əməliyyatı davam edir. Lakin miqrantların sağ qalması ehtimalı azdır.

Sağ qalanlar bildiriblər ki, onların gəmisi paytaxt Tripolidən azı 10 kilometr məsafədə batıb. İtkin düşənlər arasında 15 qadın və uşaq da var.

Miqrasiya üzrə beynəlxalq təşkilatın məlumatına görə, təkcə bu il Liviya sahillərində azı 590 qaçqın həlak olub və ya itkin düşüb. 

Liviya Avropaya dəniz yolu ilə getməyə ümidi olan qaçqınların əsas çıxış nöqtəsidir.

Siyasi qarışıqlığın hakim olduğu ölkədən son 3 ildə 150 mindən çox qaçqın İtaliyaya keçib.

Yalnız 2016-ci ildə 4 min 500-dən çox qaçqın Liviya sahillərində həyatını itirib.



Әlaqәli Xәbәrlәr