Sutka ərzində həyata keçirilən hücumlarda 32 nəfər ölüb

Suriyada Bəşər Əsəd qüvvələrinin paytaxt Dəmeşqdə müxaliflərin nəzarətində olan bölgələrə sutka ərzində təşkil etdiyi avia hücum nəticəsində 32 dinc sakin həyatını itirib.

705161
Sutka ərzində həyata keçirilən hücumlarda 32 nəfər ölüb

Əldə edilən məlumata görə rejim qüvvələrinin mühasirəsində olan Şərqi Quta bölgəsi və Kabun Məhəlləsinə dünən səhər radələrindən bəri 60-dan çox avia hücum təşkil edilib.

Digər tərəfdən, Əsəd qüvvələri, Suriyanın şimalındakı İdlib Xan Seyhun kəndinə kimyəvi hücum təşkil edib. Hücum nəticəsində ən az 16 nəfər ölüb. 100-dən çox adam, hücum zamanı istifadə edilən Xolor qazından təsirlənib.

 



Әlaqәli Xәbәrlәr