Bolqarıstan türkiyəli jurnalistləri içəri buraxmadı

Bolqarıstan bir qrup millətçinin 16 Aprel Referendumununu baykot edilməsiylə bağlı vəziyyəti öyrənmək üçün gedən türkiyəli jurnalistlərin ölkəyə girişinə icazə vermədi.

698869
Bolqarıstan türkiyəli jurnalistləri içəri buraxmadı

  Hadisə belə olub. Türkiyəli seçicilərin Bolqarıstanda səs verməsini istəməyən bolqar millətçi qrupu yolu bağlayaraq etirazlarını bildiriblər. Hadisələri izləmək üçün Bolqarıstan saatıyla 11.00-da Türkiyənin sərhəd şəhəri Ədirnədə olan türkiyəli jurnalistlər Kapıkule sərhəd qapısından qonşu dövlətin - Bolqarıstanın Kapitan Andreevo sərhəd qapısına keçiblər. Bolqar gömrük məmurları türkiyəli jurnalistlərə, beynəlxalq müqavilələrə zidd olsa da, ölkyə keçmə icazəsi verməyiblər.

  Türkiyəli jurnalistlər hələ də sərhəd neytral bölgəsində gözləyir.

  Qeyd edək ki, Bolqarıstanda 26 mart bazar günü 240 yerlik məclis üçün seçkilər keçiriləcək.



Әlaqәli Xәbәrlәr