Bәşәr Әsәdә sadiq qüvvәlәrin hücumu nәticәsindә 11 dinc sakin hәlak olub

Suriyanın  İdlib şәhәrindә rejim qüvvәlәrinin hәyata keçirdiyi  hücum nәticәsindә 11 dinc sakin hәlak olub, 13 nәfәr dә yaralanıb.

691999

Bu barәdә  İdlibdәki mülki müdafiә rәsmisi Yahya Arce mәlumat verib. Yahya Arce  Bәşәr Әsәd rejiminә aid bir döyüş tәyyarәsinin  İdlibin Kusur bölgәsindәki yaşayış mәntәqәlәrinә ‘‘vakum bombası’’ ilә  hücum etdiyini  bildirib.

Hücum nәticәsindә 11 dinc sakinin   hәlak olduğunu, 13-nün isә yaralandığını bildirәn Arce: ‘‘Mülki müdafiә dәstәlәri  hücum nәticәsindә dağıntı altında qalanları xilas etmәyә çalışır. Yaralılar  bölgәdәki xәstәxanalara çatdırılır’’ deyib.

Әlaqәli Xәbәrlәr