Türkiyə bombalı hücumu sərt şəkildə pisləyib

Dünən İraqın paytaxtı Bağdadın cənubunda bomba quraşdırılan avtomobilin partladılması nəticəsində 47 nəfər ölüb, 50 nəfər yaralanıb.

674247
Türkiyə bombalı hücumu sərt şəkildə pisləyib

Dünən İraqın paytaxtı Bağdadın cənubunda bomba quraşdırılan avtomobilin partladılması nəticəsində 47 nəfər ölüb, 50 nəfər yaralanıb.

Mülki vətəndaşların çox olduğu Əl Bəyya avtomobil qarajları bölgəsində saxlanılan avtomobilin partladılması nəticəsində törədilən terror aktını DEAŞ üzərinə götürüb.

Bağdadın şərqindəki Əs-Sədr bölgəsində də yenə bir avtomobil qarajında törədilən partlayışda 12 nəfər həyatını itirmiş, 30 nəfər də yaralanmışdı.

Türkiyə bombalı hücumu sərt şəkildə pisləyib.

Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara təcili şəfa dilənib və bildirilib ki, terrorla mübarizədə iraqlı qardaşlarımızla həmrəylik və birlik içində əməkdaşlığımızı davam etdirəcəyik.

ABŞ Dövlət Departamentinin yazılı bəyanatında da hücumda həyatını itirənlərin ailələrinə başsağlığı verilib və vurğulanıb ki, belə kütləvi qətliamlar DEAŞ-ın insan həyatını hansı səviyyədə yararsız görməsinin və İraq xalqı arasında düşmənçilik yaratma cəhdlərinin bir nümunəsidir. ABŞ DEAŞ-a qarşı İraq təhlükəsizlik qüvvələrinə dəstəyini davam etdirəcəkdir. Rəsmi Vaşinqton iraqlı səhaliyyətlilərlə yaxın əlaqə saxlayır.

Açıqlamada həmçinin ABŞ-ın Mosulda İraq ordusu isə birlikdə DEAŞ ilə mübarizəsini davam etdirəcəyi və “bu ağla batmayan qətliamları” törədənlərin məhkəmə qarşısına çıxarılmasına yardım edəcəyi ifadə edilib.



Әlaqәli Xәbәrlәr