‘‘Fәrat Qalxanı’’ әmәliyyatı davam edir

Türkiyə Silahlı Qüvvələri rəhbərliyindә  Suriyanın Əl Bab bölgəsində davam etdirilәn  әmәliyyat nәticәsindә 2 əsgər şəhid olub, 15 əsgər yaralanıb.

667984
‘‘Fәrat Qalxanı’’ әmәliyyatı davam edir

Havadan vә qurudan keçirilәn әmәliyyatlar nәticәsindә DEAŞ-ın 58 üzvü mәhv edilib.

Bölgәdәki strateji әhәmiyyәtә malik yüksәkliklәr  Azad Suriya Ordusu tәrәfindәn әlә keçirilib.

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah Rәisliyi 169 gündür davam edәn  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatı ilә bağlı  mәlumat yayıb.

 Mәlumata görә, әmәliyyatlar çәrçivәsindә  DEAŞ-a aid 189 hәdәfә atәş açılıb.

Türkiyә Hәrbi Hava Qüvvәlәrinә aid tәyyarәlәrin 65 hәdәfә qarşı  keçirdiyi әmәliyyat nәticәsindә  terrorçuların istifadә etdiyi 58 bina, 1 qәragah, 3 tunel vә 1 avtomobil mәhv edilib.

Koalisiya qüvvәlәrinin hәyata keçirdiyi hava әmәliyyatı nәticәsindә isә terror tәşkilatına aid  çox sayda mövqe  mәhv edilib.



Әlaqәli Xәbәrlәr