Qar uçqunu nǝticǝsindǝ 50 nǝfǝr hǝyatını itirib

Əfqanıstanın şərqində yerləşən Nuristan bölgəsində bir kənddə qar uçqunu nəticəsində ilk məlumatlara görə 50 nəfər həyatını itirib.

665943
Qar uçqunu nǝticǝsindǝ 50 nǝfǝr hǝyatını itirib

 Bölgənin yaxınındakı Çitral bölgəsində də bir kəndə qar uçqunu düşməsi nəticəsində ən az 16 nəfər həyatını itirib.

Yerli səlahiyyətlilərin məlumatına görə ölkədə son üç gündə meydana gələn təbii fəlakətlərdə həyatını itirənlər sayı 100 nəfərə çatıb.

Qeyd edək ki, Əfqanıstanda qar yağışının təsirli olduğu 34 bölgədən 22-də insan tələfatı olub. çox sayda insan yaralanıb.



Әlaqәli Xәbәrlәr