Qiyamçıların nəzarət müddəti 3 ay da uzadıldı

Afina məhkəməsi Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 İyul Çevriliş Cəhdində iştirakı olan və Yunanıstana qaçan 8 qiyamçının nəzarət müddətlərinin 3 ay uzadılmasına dair qərar verib.

663430
Qiyamçıların nəzarət müddəti 3 ay da uzadıldı

  Məhkəmə 8 qiyamçıdan ikisinin iltica müraciətləri sona çatana qədər sərbəst buraxılmalarının uyğun olmadığı barədə hökm çıxarıb.

  Afina Təhlükəsizlik İdarəsi Xaricilər Şöbəsi (GADA) məhkəmədən qiyamçıların iltica prosesinin davam etdiyi və ictimai nizama narahatlıq gətirəcəyini bildirərək onların nəzarət müddətlərinin uzadılmasını tələb etmişdi.

  Bazar ertəsi günü məhkəməyə çıxarılan 8 qiyamçıdan ikisi cinayət etmədiklərini və azad olmalarını istəmişdilər.



Әlaqәli Xәbәrlәr