''Fәrat Qalxanı'' әmәliyyatı çәrçivәsindә 11 terrorçu mәhv edilib

Әmәliyyat nәticәsindә terrorçulara aid sığınacaqlar, müdafiә mövqelәri, silah vә sürsat ambarları mәhv edilib.

656619
''Fәrat Qalxanı''  әmәliyyatı  çәrçivәsindә 11 terrorçu mәhv edilib

Suriyanın şimalının terror  tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyənin liderliyilә  avqustun 24 başlanılan  ‘‘Fәrat Qalxanı’’  hәrәkatı  çәrçivәsindә dünәn hәyata keçirilәn әmәliyyat nәticәsindә  DEAŞ-a aid 167 hәdәf havadan vurulub, hәmçinin  tәşkilat üzvü 11 terrorçu mәhv edilib.

Әmәliyyat nәticәsindә terrorçulara aid sığınacaqlar, müdafiә mövqelәri, silah vә sürsat ambarları mәhv edilib.

Türkiyә Hәrbi Hava Qüvvәlәrinә mәxsus  tәyyarәlәr Әl Babda DEAŞ-a aid  2 hәdәfә zәrbәlәr endirib. Hava әmәliyyatı nәticәsindә 2 bomba yüklü  avtomobil mәhv edilib.

Koalisiya qüvvәlәrinә aid tәyyarәlәrinin  hәyata keçirdiyi әmәliyyatda terrorçulara aid bir avtomobil mәhv edilib.



Әlaqәli Xәbәrlәr