Baş nazirin müavini Toğrul Türkeş Cenevrədə keçiriləcək Kıbrıs müzakirələrinə qatılacaq

Baş nazirin müavini Toğrul Türkeş Kıbrısda ədalətli və daimi sülhün yaranması məqsədi ilə keçirilən görüşlərdə iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərindədir.

654598

Baş nazir Binəli Yıldırımın təlimatı ilə Kıbrıs müzakirələrində iştirak etmək üçün ötən gün Cenevrəyə səfər edən Türkeş “Təhlükəsizlik və Zəmanətlər” mövzusunun müzakirə olunduğu beştərəfli konfransa qatılan heyətlərlə görüşlər keçirəcək.

Qeyd edək ki, Adadakı problemə həll yolu tapmaq üçün yanvarın 12-də BMT-nin Cenevrədəki ofisinin ev yiyəliyində baş tutan konfrans verilən fasilədən sonra  zamin ölkələr Türkiyə, Yunanıstan, İngiltərə ilə Şimali Kıbrıs Türk Cümhuriyyəti və Kıbrıs Rum icmasından mütəxəssis və texniki heyətlərin iştirakı ilə dünən yenidən start aldı.

Beştərəfli konfransda Türkiyəni Xarici İşlər Nazirliyinin məsləhətçisi səfir Əhməd Muhtar Gün başçılığındakı heyət, Kıbrıs Türk tərəfini isə müzakirəçi Özdil Nami başçılığındakı bir qrup təmsil edir.

Әlaqәli Xәbәrlәr