‘‘Fәrat Qalxanı’’ әmәliyyatı çәrçivәsindә 11 terrorçu mәhv edilib

Suriyanın şimalının terror  tәşkilatlarından tәmizlәnmәsi üçün Türkiyәnin liderliyilә avqustun 24-dә başlanılan  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatı  çәrçivәsindә terror tәşkilatı DEAŞ-ın 11  üzvü mәhv edilib.

648845

Әmәliyyatla  bağlı  Türkiyә  Silahlı Qüvvәlәrindәn verilәn açıqlamada,  terror tәşkilatı DEAŞ-a aid olduğu  tәsbit edilәn  335 hәdәfin iri çaplı silahlardan intensiv atәşә tutulduğu  bildirilib.

Türkiyә Hәrbi Hava Qüvvәlәrinә mәxsus tәyyarәlәr dә  Әl-Babda DEAŞ-a mәxsus  hәdәflәrә ağır zәrbәlәr  endirib.

Hava zәrbәlәri nәticәsindә terror tәşkilatına aid 3 sığınacaq, 2 nәzarәt mәntәqәsi, 1 ambar vә 6  silah vә sürsat ambarı mәhv edilib.

Qeyd edәk ki, terrorçulardan tәmizlәnәn әrazilәrdә  21 әl qumbarası mәhv edilib.

Bu arada  Türkiyәyә aid  döyüş təyyarələrinin  İraqın şimalında yerlәşәn  Zap, Qara, Hakurk, Avaşin və Basan bölgələrinə təşkil etdiyi hava әmәliyyatı nәticәsindә  separatçı terror təşkilatı PKK-ya aid 14 hədəf məhv edilib.

Etiketlәr: #DEAŞ , #PKK , #İraq , #Suriya

Әlaqәli Xәbәrlәr