Hələb şəhərində rejim qüvvələri dörd ayrı bölgədə 82 vətəndaşı öldürüb

BMT-nin verdiyi məlumata görə, öldürülənlər arasında 24 uşaq və qadın var.

629757
Hələb şəhərində rejim qüvvələri dörd ayrı bölgədə 82 vətəndaşı öldürüb

Birləşmiş Millətlər Təşkilatının Suriyanın Hələb şəhərində rejim qüvvələrinin dörd ayrı bölgədə evlərə hücum edərək 82 vətəndaşı öldürdüyünü açıqlayıb.

BMT-nin verdiyi məlumata görə, öldürülənlər arasında 24 uşaq və qadın var.

Rejim qüvvələrinin və Rusiyanın bombardmanı altındakı Hələbdə faciənin çəkildiyi bir videoda isə bədəni yanan bir qadının qışqırıqları, küçələrdə cəsədlər, dağılmış binalar və insanların çığırtıları ürək ağrıdır.

Bu arada Suriyanın Hələb şəhərində şiddətli hücuma məruz qalan binada 100-dən çox uşaq qapalı qalıb.

Birləşmiş Millətlər Uşaqlara Yardım Fondu (YUNICEF) Hələbin şərqində valideynləri yanlarında olmayan uşaqların  şiddətli hücuma məruz qalmış binada qapalı qaldığını bildirib. YUNICEF uşaqların hücum altındakı binadan təcili olaraq azad edilməsi üçün çağırış edib.

Açıqlamada binada qapalı qalan uşaq sayının 100-dən çox ola biləcəyi ifadə edildikdə YUNICEF-in bölgə direktoru Geert Cappelaere, "Dünyanın Hələbdən olan uşaqlar üçün ayağa qalxmasının və yaşadıqları bu dəhşətə son qoymasının vaxtıdır." deyib.

Cappelaere YUNICEF Hələbdə "uşaqlar daxil vətəndaşların mühakiməsiz cəzalandırılması" ilə əlaqəli təsdiq edilə bilməyən xəbərlərdən "dərin narahatlıq" duyduğunu sözlərinə əlavə edib.

Rusiyanın Lazkiye yaxınlığındakı nəzarət mərkəzi tərəfindən verilən açıqlamada bildirilib ki, Suriya hökumət qüvvələri Hələbin şərqindəki 11 bölgəni terrorçulardan geri alıb. Beləliklə Hələb torpaqlarının 98 faizinin nəzarəti hökumətin əlinə keçib. Hələbin şərqində DEAŞ üzvlərinin nəzarətində olan bölgə isə 3 kvadrat kilometrdən artıq deyildir.

Açıqlamada ayrıca ordu qüvvələrinin Hələbin şərqinə nəzarəti ələ keçirmək üçün əməliyyat başlatdığından bəridir Rusiya nəzarət mərkəzində vəzifəli əsgərlər tərəfindən şəhərin bu bölgələrindən 44 min 367-si uşaq olmaqla 110 mindən çox vətəndaşın təxliyə edildiyi  bildirilib.



Әlaqәli Xәbәrlәr