Mark Toner: "Suriyaya silahın girməsini istəmirik"

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner gündəlik mətbuat konfransında sualları cavablandırdı.

627420
Mark Toner: "Suriyaya silahın girməsini istəmirik"

 ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner gündəlik mətbuat konfransında Suriyada ABŞ-ın terrorla mübarizə əməliyyatlarına dəstək verən qruplara silah yardımını məhdudlaşdıran qanun hökmlərini yan keçəcək fərman ilə əlaqədar olaraq:"Suriyada DEAŞ-a qarşı mübarizə aparan müttəfiqlərimizə silah yardımı etməyimizin qarşısında qanuni məhdudiyyətlər var idi və bunun önü açıldı" ifadələrini işlətdi.
 
 "Suriyadakı müxalif qruplara silah axını olacaq mı"? sualına isə Toner "xeyr" cavabını verdi.
 
 ABŞ-ın Suriya siyasətində hər hansı bir dəyişiklik olmadığını bildirən Toner:"Suriyaya silahın girməsini istəmirik" dedi.
 
 Toner :"Yeni fərmanla hansı qruplara silah yardımı ediləcək?" sualını isə cavabsız qoydu.
 
 Pentaqon sözçüsü Adrian Rakkine-Galloway isə məsələ ilə bağlı verdiyi açıqlamada ABŞ Müdafiə Nazirliyinin YPG-yə silah yardımı etmədiyini söylədi.
 
 Galloway: "ABŞ Müdafiə Nazirliyi YPG-yə silah vermir. ABŞ təkcə Suriya Ərəb Koalisiyasına və Suriya Demokratik Qüvvələrinin (SDF) Ərəb birliklərinə silah verir" dedi.



Әlaqәli Xәbәrlәr