Hələbdə həlak olan dinc əhali sayı 935-ə çıxıb

Suriyanın Hələb şəhərində müxalifətin nəzarətindəki bölgələrə edilən  hücumlarda dinc əhalidən 46 nəfər ölüb, 230 nəfər isə yaralanıb.

626698
Hələbdə həlak olan dinc əhali sayı 935-ə çıxıb

Suriyanın Hələb şəhərində müxalifətin nəzarətindəki bölgələrə edilən  hücumlarda dinc əhalidən 46 nəfər ölüb, 230 nəfər isə yaralanıb.

Şəhərdə noyabrın 15-dən bəridir davam edən şiddətli hücumlarda həlak olan dinc əhali sayı 935-ə çıxıb.

Hələbdəki Mülki Müdafiə İdarəsinin müdiri Nəcib Ənsari Anadolu xəbər agentliyinə açıqlama verərək bildirib ki, rejim və ona dəstək olanlar Şərqi Hələbdə müxalifətin nəzarətindəki məhəlləri şiddətli şəkildə qurudan və havadan bombalayır. Həmin səbəbdən bəzi bölgələrlə əlaqə kəsilib. Şəhərdə vəziyyət ağırdır.

Qeyd edək ki,  Suriyanın şimalında Türkiyəyə sərhədi olan Hələb vilayəti paytaxt Dəməşqdən sonra ölkənin ikinci böyük şəhəridir. Şəhər mərkəzinin Türkiyə sərhədinə uzaqlığı isə 40 km-dir.



Әlaqәli Xәbәrlәr