S.Ərǝbistanı maliyyǝ problemlǝrinǝ görǝ  bir çox layihǝdǝn imtina etdi

Neft qiymətlǝrinin enmǝsi səbəbiylə  milli   gəliri azalan Səudiyyə Ərəbistanı, 266,6 milyard dollar  dəyərində  olan  bir  çox  layihǝnin  hǝyata  keçirilmǝsini    dayandırıb.

606000
S.Ərǝbistanı maliyyǝ problemlǝrinǝ görǝ  bir çox layihǝdǝn imtina etdi

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın   mǝlumatına  görǝ   qǝrar,  İqtisadi İşlər və İnkişaf Şurasının sədri vəliəhd Şahzadə Məhəmməd bin Səlman başçılığında  keçirilǝn  yığıncaqda  qǝbul  edilib. Hǝyata kiçirilmǝsi   tǝxirǝ  salınan  layihələrin məzmununa dair ətraflı məlumat verilməyib.

Riyad rəhbərliyinin 26 Sentyabrda açıqladığı iqtisadi tǝdbir proqramıyla   nazirlər, dövlət qulluqçuları və Şura Məclisi üzvlərinin ǝmǝk  haqlarının   azaldılmışdı. 

Hökumət, 29 dekabr 2015-ci ildə isə aralarında maye yanacaq, su və elektrik  enerjisinin  dǝ  olduğu bir   çox   mǝhsulun qiymitini   artırmışdı. Keçən il 98 milyard dollar olan büdcə kǝsrinin 2016da 87 milyard dollara endirilǝcǝyini    açıqlamışdı.  



Әlaqәli Xәbәrlәr