Amerikalı komandir jurnalistlərə əməliyyat haqqında məlumat verib

Amerikalı komandir Dorrian video-konfrans vasitəsilə ABŞ Müdafiə Nazirliyindəki jurnalistlərə terror təşkilatı DEAŞ-a qarşı aparılan əməliyyatlara dair məlumat verib.

603483
Amerikalı komandir jurnalistlərə əməliyyat haqqında məlumat verib

Terror təşkilatı DAEŞ-ı məhv etmək məqsədi ilə qurulan beynəlxalq koalisiyanın amerikalı komandiri polkovnik (albay) Con Dorrian Rakka şəhərinin təmizlənməsi üçün aparılan mübarizədə 10 mini Suriya Ərəb Koalisiyası üzvlərindən ibarət 30-40 min gücün iştirak etdiyini açıqlayıb.

Amerikalı komandir Dorrian video-konfrans vasitəsilə ABŞ Müdafiə Nazirliyindəki jurnalistlərə terror təşkilatı DEAŞ-a qarşı aparılan əməliyyatlara dair məlumat verib.

Oktyabrın 17-də başladılan əməliyyat çərçivəsində Mosulda terror təşkilatının azad şəkildə hərəkət edə bilmə qabiliyyətinə mane olunduğunu vurğulayan Dorrian koalisiya qüvvələrinin iraqlı təhlükəsizlik qüvvələrinə dəstəyini davam etdirdiyini bildirib.

Komandir terror təşkilatı DEAŞ-ın Suriyanın Rakka şəhərindəki hərəkət azadlığının isə davam etdiyini vurğulayaraq deyib ki, təşkilat aylardır Rakkaya sərbəst şəkildə girib-çıxır. Koalisiya qüvvələrinin həyata keçiriyi 100-dən artıq hava əməliyyatında isə təşkilatın uzun karvanlar şəklində hərəkət etməsinin qarşısı alındı.

Rakkaya yönəldilmiş əməliyyata yaxın zamanda start veriləcəyini bildirən Dorrion əməliyyatda yer alacaq qüvvələrin hamısının hələ də təlim keçmədiyinə diqqət çəkib. Bu çərçivədə müttəfiqləri, tərəfdaşları və koalisiya üzvü ölkələrlə diplomatik müzakirələrin davam etdiyini vurğulayan komandir hələ də Rakkanın mühasirəyə salınması mərhələsində olduqlarını söyləyib.



Әlaqәli Xәbәrlәr