Rusiya təkrar seçilə bilmədi

Şərqi Avropa Qrupu Şurasındakı iki yer üçün yarışan Rusiya 112 səs alaraq yerini 144 səs alan Macarıstan və Xorvatiyaya verməli oldu.

599265
Rusiya təkrar seçilə bilmədi

  Suriyadakı hava hücumlarına görə tənqid olunan Rusiya Birləşmiş Millətlər Təşkilatı Baş Assmbleyasında keçirilən səsvermədə 14 üzvdən ibarət İnsan Haqqları Şurasına təkrar seçilə bilmədi.

  Şərqi Avropa Qrupu Şurasındakı iki yer üçün yarışan Rusiya 112 səs alaraq yerini 144 səs alan Macarıstan və Xorvatiyaya verməli oldu.

  Şuraya seçilən digər ölkələr isə bunlardır: Braziliya, Çin, Kuba, Misir, İraq, Yaponiya, Ruanda, Cənubi Afrika, Tunis, Birləşmiş Kırallık, Amerika Birləşmiş Ştatları və Səudiyyə Ərəbistanıdır.

  Yəməndəki hava hücumlarına görə tənqid olunan Səudiyyə Ərəbistanının Şuraya yenidən seçilməsi isə insan haqqları təşkilatlarının əks reaksiyasına səbəb olub.



Әlaqәli Xәbәrlәr