Bağdadda terror aktı:10 nǝfǝr ölüb

Paytaxt Bağdadda komikadzenin özünü partladması nǝticǝsindǝ ən az 10 nǝfǝr hǝyatını itirib, 25 nǝfǝr dǝ yaralanıb.

591263
Bağdadda terror aktı:10 nǝfǝr ölüb

İraqın Mosul şǝhǝrini terror təşkilatı DEAŞ-dan tǝmizlǝmǝk mǝqsǝdiylǝ başladılan ǝmǝliyyatdan bir neçǝ saat sonra paytaxt Bağdadda komikadzenin özünü partladması nǝticǝsindǝ ən az 10 nǝfǝr hǝyatını itirib, 25 nǝfǝr dǝ yaralanıb.

Reuters xəbər agentliyinin mǝlumatına görǝ Bağdada 15 kilometr məsafədəki Yusufiyǝdǝ törǝdilǝn hadisǝ nǝticǝsindǝ hǝyatını itirǝnlǝrin arasında polis ǝmǝkdaşları vǝ hərbçilǝr dǝ var.

Hücuma görǝ hǝlǝ mǝsuliyyǝti üzǝrinǝ götürǝn yoxdur. Ancaq DEAŞ-ın törǝtdiyi ehtimal olunur.

Təşkilatın, İyun ayında Karradada bomba ilǝ tǝchiz edilmiş avtomobili partladması nǝticǝsindǝ 324 nǝfǝr hǝyatını itirmişdi.

 



Әlaqәli Xәbәrlәr