İsrail Enerji naziri Yuval Steinitz, 13 oktyabrda Türkiyəyə gəlir

Türkiyǝyǝ sǝfǝri çǝrçivǝsindǝ İstanbuldakı Dünya Enerji sammitinǝ qatılacaq olan Steinitz, Enerji naziri Bǝrat Albayarak ilə bir araya gǝlǝcǝk.

586558
İsrail Enerji naziri Yuval Steinitz, 13 oktyabrda Türkiyəyə gəlir

Bu, 2010-ci ildəki Mavi Mərmərə böhranından sonra iki ölkə arasında nazirlər səviyyəsindǝ ilk görüş olacaq.

Qəzzaya humanitar yardım aparmaq üçün hǝrǝkǝt edǝn Mavi Mərmərə gəmisinə 2010-ci ildə İsrail ordusunun  hücumu  nǝticǝsindǝ 9 vǝtǝndaşımız həyatını itirdi, 50-dən çox adam isǝ yaralandı. İsrail ordusunun  müsadirǝ  etdiyi  gəmi isǝ Aşdod limanına lövbǝr saldı.

2013-ci ildə isə, İsrail Baş naziri Binyamin Netanyahu, dövrün Baş naziri Ərdoğan ilə etdiyi telefon danışığında Mavi Mərmərə hücumu ilǝ bağlı üzr istəyərək hadisədə həyatını itirən vətəndaşlarımız üçün təzminat ödəməyi qəbul etdi.20 milyon dollarlıq təzminat, ötǝn həftə İsrail tərəfindən Ədliyyə Nazirliyinin hesabına köçürüldü.



Әlaqәli Xәbәrlәr