Yaralı 3 əsgər Qaziantepə gətirilib

“Azad Suriya Ordusu”na mənsub 3 əsgər müalicə olunması məqsədi ilə Türkiyənin Qaziantep şəhərinə gətirilib.

558513
Yaralı 3 əsgər Qaziantepə gətirilib

Suriyanın Cerablus rayonunda terror təşkilatı DAİŞ-ə qarşı həyata keçirilən əməliyyat zamanı yaralanan “Azad Suriya Ordusu”na mənsub 3 əsgər müalicə olunması məqsədi ilə Türkiyənin Qaziantep şəhərinə gətirilib.

Səhər radələrində  “Fırat Kalkanı” adı ilə bölgədəki DAİŞ ünsürlərinə qarşı başladılan əməliyyatda “Azad Suriya Ordusu” əsgərləri də bölgəyə daxil olub.

Cerablus istiqamətində irəliləyən əsgərlərdən üçü yaranan toqquşmada yaralanıb.

Türkiyəyə gətirilən yaralı əsgərlər Qaziantep şəhərində müalicə olunur.



Әlaqәli Xәbәrlәr