İraqda bombalı hücumlar törәdilib

İraqın paytaxtı Bağdad və ölkənin şimalında yerlәşәn  Mosulda hәyata  keçirilən bombalı hücumlar nәticәsindә  4-ü əsgər, biri dә  jurnalist olmaqla  10 nəfər həyatını itirib.

528842

Bağdadın cənub-şərqində yerlәşәn  Cisr Diyala ilə Nəhrəvan, şərq hissəsindəki Hay Ur və cənub-qərbindəki Hay Әl-Amil bölgәlәrinә  tәşkil edilәn  bombalı hücumlar nәticәsindә  5 nəfər hәyatını itirib, 19 nəfər dә yaralanıb.

 Bağdadın şimalında yerlәşәn  Et-Tarımiyyәyә bağlı Əl-Müşahede bölgəsində hәyata keçirilәn  intihar hücumunda  isә  4 әsgәr hәlak olub, 9 əsgər dә  yaralanıb.

Mosulun  Әl-Kayyara bölgәsindә isә  bir foto-müxbiri hәyatını itirib, bir müxbir dә  yaralanıb.

Qeyd edәk ki, hücumlara görә mәsuliyyәti hәlә ki, öz üzәrinә götürәn olmayıb.

Әlaqәli Xәbәrlәr