İsrail ǝsgǝrlǝrinin atǝş açmaları nǝticǝsindǝ bir Fǝlǝstinli ölüb

İsrail əsgərləri, Qüdsün şimalında yerlǝşǝn Er-Ram kǝndindǝ daha bir Fələstinlini öldürüblǝr.

528407
İsrail ǝsgǝrlǝrinin atǝş açmaları nǝticǝsindǝ bir Fǝlǝstinli ölüb

İsrail Ordu sözçüsü Avichay Adraee hadisǝ ilǝ bağlı verdiyi açıqlamada: “Sərhəd mühafizǝ və təhlükəsizlik qüvvǝlǝrinin Er-Ram kǝndindǝ axtarışları ǝsnasında aşkarlanan vǝ silah istehsalında istifadə etmǝk mǝqsǝdiylǝ fǝaliyyǝt aparan bir metal zavodunun yaxınında bölgəyə sürətlə yaxınlaşan bir avtomobildǝn ǝsqǝrlǝrǝ ateş açılması nǝticǝsindǝ baş verǝn atışmada maşındakı üç fǝlǝstinlidǝn biri hǝyatını itirib, biri yaralanıb vǝ digǝr Fǝlǝstinli isǝ tutulub”.

Mǝlumata görǝ, İordan çayının qǝrb sahillǝrindǝ fǝrqli bölgǝlǝrdǝ ǝmǝliyyat hǝyata keçirǝn İsrail əsgərləri, 13 fələstinlini dǝ saxlayıb.  

 



Әlaqәli Xәbәrlәr