İraqda terror hücumları davam edir

Paytaxt Bağdadda törǝdilǝn növbǝti bombalı hücumda, aralarında əsgərlərin də olduğu 5 nǝfǝr həyatını itirib.

528346
İraqda terror hücumları davam edir

İraq tǝhlükǝsizlik sǝlahiyyǝtlilǝrinin mǝlumatına görǝ Şaab bölgəsində hərbi nəzarət məntəqəsinə bomba ilǝ tǝchiz edilmiş avtomobillə təşkil edilən hücumda, 9 nəfər də yaralanıb.

Dünǝn dǝ Bağdadın Raşidiyyǝ sǝmtindǝ yerlǝşǝn bir bazar yerində bomba yerlǝşdirilmiş avtomobilin partladılması nǝticǝsindǝ 7 nəfər hǝyatını itirmiş 30 nəfər dǝ bǝdǝn xǝsarǝti almışdı.

Qeyd edǝk ki, tǝhlükǝsizliyin güçlü olmadığı şǝhǝr tez-tez qanlı hadisǝlǝrǝ sǝhnǝ olur.



Әlaqәli Xәbәrlәr