“Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesini də müzakirə etdik”E. Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov  Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesini də müzakirə etdiklərini bildirib.

527849
“Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesini də müzakirə etdik”E. Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib ki,  Lavrov ilǝ görüşdǝ Rusiya-Türkiyə münasibətlərinin normallaşması müzakirə etdiyimiz mövzulardan biri olub. Azərbaycan bunu alqışlayır.

Nazir bildirib ki, xoş qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət prioritetinə aiddir. İki ölkə dǝ Azərbaycanın yaxın qonşusudur. Bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 12-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı faydalı müzakirələrin aparıldığını bildirib. O, hazırkı müzakirələrin prezidentlərin görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addım olduğunu qeyd edib.

Sergey Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrdə inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkişafına təkan verilməsinin vacibliyi qeyd edilib. Hər iki ölkənin Xarici İşlər nazirlikləri də bu səylərə dəstək verəcək. Həmçinin Şimal-Cənub dəhlizi ilə bağlı məsələ də müzakirə olundu. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq.

Rusiya xarici siyasət idarəsinin rəhbəri Azərbaycana səfərinin ümumilikdə məhsuldar olduğunu vurğulayıb.

Elmar Məmmədyarov hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı intensiv dialoqun aparıldığını söyləyib. “Sergey Lavrovun bizimlə bölüşdüyü informasiya bizi ümidləndirir. İndi intensiv dialoq aparırıq. Əvvəlki görüşlərin hamısı bu münaqişənin həllində irəliləyişə nail olmaq üçün idi. Həll məsələsində maneələri mərhələlərlə aradan qaldırmalıyıq”, - deyə Elmar Məmmədyarov qeyd edib. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsi faktının bütün region üçün böyük təhlükə yaratdığını da ifadə edib.



Әlaqәli Xәbәrlәr