Bağdadda terror aktı törǝdilib

Bazar yerində bomba ilǝ tǝchiz edilmiş avtomobil partladılıb.

527608
Bağdadda terror aktı törǝdilib

İraqın paytaxtı Bağdadda bazar yerinə bomba ilǝ tǝchiz edilmiş avtomobillə təşkil edilən hücumda 9 nǝfǝr ölüb, 32-si bǝdǝn xǝsarǝti alıb.

Hücuma görǝ mǝsuliyyǝti hǝlǝ dǝ üzǝrinǝ götürǝn olmasa da, terror təşkilatı DEAŞ-ın ölkənin müxtəlif şəhərlərində bǝnzǝr hücumlar hǝyata keçirdiyi bilinir.

Qeyd edǝk ki, 3 İyulda Paytaxt Bağdadın Karrada bölgəsində törǝdilǝn vǝ ən az 292 nǝfǝrin hǝyatını itirmǝsinǝ sǝbǝb olan hücumdan sonra ölkədə həyəcan səviyyəsi artırılmışdı.



Әlaqәli Xәbәrlәr