Günahsız insanlar qanına bulanır

Suriyada rejim və Amerika Birləşmiş Ştatları (ABŞ) liderliyindəki koalisiya qüvvələrinin təşkil etdiyi hava hücumlarında 25 sıravi vətəndaş həyatını itirib

522540
Günahsız insanlar qanına bulanır

  Hökumətin döyüş təyyarələri Hələbdə müxalifətin əlində olan Tarık Əl Bab bölgəsinə hücum edib, 11 insan həlak olub. Şeyx Səid bölgəsindəki hava hücumunda isə 5 nəfər ölüb. ABŞ liderliyindəki koalisiya qüvvələrinin Manbicdəki hücumlarında 2 qadın və 7 uşaq həyatını itirib.

  Bu arada, Suriya müxalifəti Əsədin qalası olan sahil şəhəri Lazkiyenin strateji əhəmiyyətə malik Kansaba qəsəbəsini ələ keçirib.



Әlaqәli Xәbәrlәr