Bәşәr Әsәd rejiminә aid döyüş tәyyarәlәri yaşayış mәntәqәlәrini vurmaqda davam edir

Suriya ordusuna aid  helikopterlәrin Hәlәbә tәşkil etdiklәri  hücum nәticәsindә 5 nәfәr hәyatını itirib, çox sayda  adam da yaralanıb.

505838
Bәşәr Әsәd rejiminә aid döyüş tәyyarәlәri yaşayış mәntәqәlәrini vurmaqda davam edir

Mülki müdafiә dәstәlәri dağıntılar altında qalan 2 nәfәri xilas edib.

Digәr tәrәfdәn Hәlәbdәki yerli media aktivistlәrindәn  Yasir Әbu Ammar rejim qüvvәlәrinә aid döyüş tәyyarәlәrinin müxalifәt qüvvәlәrinin nәzarәtindәki  bölgәlәrә tәşkil etdiklәri hücumlar sәbәbindәn  xalqın tәravih namazına gedә bilmәdiklәrini bildirib.

 Hücumlar  sәbәbindәn  xalqın Ramazan ayında da bazara çıxmağa qorxduğunu  qeyd edәn Amman: ‘‘Rusiya vә Suriyaya aid döyüş tәyyarәlәri 15 gündür  hücumlarını davam etdirir. Hücumların çoxu yaşayış mәntәqәlәrinә tәşkil edilir’’ deyib.



Әlaqәli Xәbәrlәr