İdomeni düşǝrgǝsi rǝsmi olaraq bağlandı

Yunanıstanın Makedoniya ilǝ olan sǝrhǝd mǝntǝqǝsindǝ yerlǝşǝn İdomeni düşǝrgǝsi miqrantların tǝxliyǝ edilmǝsindǝn sonra rǝsmi olaraq bağlanıb.

498502
İdomeni düşǝrgǝsi rǝsmi olaraq bağlandı

Yunanıstanın Makedoniya ilǝ olan sǝrhǝd mǝntǝqǝsindǝ yerlǝşǝn İdomeni düşǝrgǝsi miqrantların tǝxliyǝ edilmǝsindǝn sonra rǝsmi olaraq bağlanıb.

Yunanıstan polisi mayın 24-dǝ sǝhǝr radǝlǝrindǝ başlatdığı vǝ mindǝn artıq polis ǝmǝkdaşının iştirak etdiyi vǝ havadan helikopterlǝrin dǝ dǝstǝk olduğu tǝxliyyǝ ǝmǝliyyatı dünǝn başa çatıb.

İdomeni düşǝrgǝsindǝki 8 mindǝn artıq qaçqın avtobuslarla ölkǝnin şimalındakı digǝr düşǝrgǝlǝrǝ aparılıb.

Yunanıstanın İctimai Nizam vǝ Vǝtǝndaşı Qoruma nazirinin müavini Nikos Toskas miqrantların böyük hissǝsinin öz razılığı ilǝ düşǝrgǝdǝn ayrılmağı qǝbul etdiyini bildirǝrǝk deyib ki, yeni düşǝrgǝlǝr qaçqınlara daha yaxşı imkanlar tǝqdim edǝcǝk vǝ digǝr Avropa ölkǝlǝrinǝ getmǝlǝrinǝ  davam etmǝ imkanları olacaq.

Texliyyǝ fǝaliyyǝtlǝrinin başa çatması ilǝ qaçqınların iki aydır yol hǝrǝkǝtinǝ bağladığı Makedoniya ilǝ Yunanıstan arasındakı dǝmir yol da yenidǝn açılıb.

Nǝqliyyata bağlanan vǝ yük qatarlarının hǝrǝkǝtindǝ lǝngimǝlǝrǝ sǝbǝb olan dǝmir yolu İdomenidǝki düşǝrgǝnin boşaldılmasının ǝsas sǝbǝblǝrindǝn biri kimi göstǝrilirdi.

Balkan ölkǝlǝri arasında koridor qǝbul edilǝn yolun mart ayında bağladılmasından sonra 50 mindǝn artıq miqrant Yunanıstanda sıxışıb qalmışdı.



Әlaqәli Xәbәrlәr