Sahəni dərmanlayan vertolyot qəzaya uğradı

Qara dəniz sahilindəki Nesebar qəsəbəsi yaxınlığına düşən vertolyotun pilotu dünyasını dəyişib

493985
Sahəni dərmanlayan vertolyot qəzaya uğradı

  Bolqarıstanın şərqində kənd təsərrüfatı sahəsini dərmanlayan vertolyot qəzaya uğrayıb.

  Ölkənin Nəqliyyat Nazirliyinin məlumatına görə, Qara dəniz sahilindəki Nesebar qəsəbəsi yaxınlığına düşən vertolyotun pilotu ölüb.

  Qəzayla əlaqədar istintaq işi başlayıb.

  Poroy kəndi üzərində sahəni dərmanlayan zaman düşən vertolyotun elektrik naqilinə - yüksək gərginlik xəttinə dəydiyi güman edilir.   



Әlaqәli Xәbәrlәr