Bolqarıstanın Baş nazir müavini istefa etdi

Bolqarıstanın Baş nazir müavini, Əmək və Sosial Müdafiə naziri İvaylo Kalfin vəzifəsindən istefa verib

488307
Bolqarıstanın Baş nazir müavini istefa etdi

  O, Baş nazir Boyko Borisovla görüşərək istefa ərizəsini təqdim edib. Baş nazir də bu günə qədər gördüyü işlərinə görə müavininə təşəkkür edərək onun istefasını qəbul etdiyini bildirib.

  İvaylo Kalfinin mənsub olduğu Bolqarıstanın Yenidən Doğulması üçün Alternativ Partiyasından verilən şərhdə deyilir ki, parlamentdə qəbul edilən və xaricdə yaşayan vətəndaşların səsvermə hüquqlarını məhdudlaşdıran seçki qanunu istefa qərarına səbəb olub.

  Bolqarıstan prezidenti Rosen Plevneliev də hökumət ortaqlarından Vətənpərvər Cəbhənin (PF) təlqini ilə qəbul edilən seçki qanunu dəyişikliklərini veto etmişdi. O, Türkiyə başda olmaqla, başqa yerlərdə yaşayan vətəndaşlarla ölkə içindəki seçicilər arasında ayrı-seçkilik salındığını, bunun konstitusiyaya zidd olduğunu bildirmiş, məsələyə parlamentdə yenidən baxılmasını məsləhət görmüşdü. Baş nazir Boyko Borisov isə öz növbəsində 4 partiyadan ibarət koalisiya hökumətini idarə etməkdə çətinlik çəkdiyini bildirib.



Әlaqәli Xәbәrlәr